Ukrayna "Wildberries" şirkətinin ən böyük logistika mərkəzinə zərbə endirib

Dünya xəbərləri Xəbər 16 Avqust 2026 15:28 (UTC +04:00)
Ukrayna "Wildberries" şirkətinin ən böyük logistika mərkəzinə zərbə endirib

Bakı. Trend:

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində "Wildberries" logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib.

Nazirlik “Facebook” səhifəsində xəbər verir ki, avqustun 16-na keçən gecə Moskva bölgəsində baş verən genişmiqyaslı dron hücumundan sonra "Wildberries" logistika mərkəzi bağlanıb. Bu, “Wildberries” şirkətinin 250 min kvadratmetr sahəni əhatə edən ən böyük anbarı idi.

Məlumata görə, Ukrayna "Wildberries" şirkətinin 10 ən böyük logistika mərkəzindən yeddisini sıradan çıxarıb.

Xəbər lenti

Xəbər lenti