Güclü leysan Tbilisidə ciddi fəsadlar törədib

Dünya xəbərləri Xəbər 15 Avqust 2026 02:33 (UTC +04:00)
Güclü leysan Tbilisidə ciddi fəsadlar törədib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 14-də axşam saatlarında Tbilisidə yağan güclü yağış yerli sakinlər və şəhərin qonaqları üçün bir sıra problemlər yaradıb: küçələr su altında qalıb və Gürcüstan paytaxtının bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib.

Yerli KİV-lərin məlumatına görə, əlverişsiz hava şəraiti cümə günü gecə saatlarına yaxın güclənib.

Leysan nəticəsində küçələr və sahilyanı ərazilər su altında qalıb, avtomobillərin hərəkəti çətinləşib.

Bundan əlavə, Tbilisinin bir sıra rayonlarında elektrik enerjisinin verilişi kəsilib.

Xatırladaq ki, daha əvvəl meteoroloqlar Gürcüstanda, xüsusilə paytaxt Tbilisidə, Kaxeti və Kvemo Kartli bölgələrində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq etmişdilər. Bu ərazilərdə leysan yağışları ilə yanaşı, göy gurultusu, dolu və güclü külək gözlənilirdi. Əlverişsiz hava şəraitinin avqustun 15-də də davam edəcəyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti