"Beşiktaş" hücumçu Duşan Vlahoviçlə 3 illik müqavilə imzalayıb

İdman Xəbər 14 Avqust 2026 23:42 (UTC +04:00)
"Beşiktaş" hücumçu Duşan Vlahoviçlə 3 illik müqavilə imzalayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Beşiktaş" klubu yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib.

Təqdimat mərasimi "Tüpraş" stadionunda baş tutub. Tədbirdə klub rəsmiləri ilə yanaşı, on minlərlə azarkeş iştirak edib.

Serbiyalı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Duşan Vlahoviç son olaraq İtaliyanın “Yuventus" klubunun formasını geyinib.

"Beşiktaş" bu gün start götürən Türkiyə çempionatının 2026/27 mövsümünün ilk turunda bazar günü "Eyüpspor"la qarşılaşacaq.

Xatırladaq ki, "Qara qartallar" Türkiyənin naməğlub tək çempionudur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti