İran ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatını vurub

Dünya xəbərləri Materials 14 Avqust 2026 16:35 (UTC +04:00)
İran ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatını vurub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran silahlı qüvvələri ölkənin cənubunda yerləşən Hörmüzqan ostanının hava məkanında "MQ-9" modelindən olan pilotsuz uçuş aparatını müəyyənləşdirərək məhv edib.

Bu barədə İran dövlət telekanalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

Bəyanata görə, hərbi dron yüksək texnologiyalı müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.

“MQ-9 Reaper” pilotsuz uçuş aparatı uzun illərdir ABŞ tərəfindən regionda bombardman və kəşfiyyat missiyalarında istifadə olunur. Müharibənin fevral ayında başlamasından bəri ABŞ onlarla “MQ-9” pilotsuz uçuş aparatını itirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti