Bakı.Trend:
Qazaxıstanın “QazTransOil” şirkəti cari ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə neft ixracını 155 min tona çatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çoxdur.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“2026-cı ilin iyul ayında “QazTransOil” SC Aktau dəniz limanı vasitəsilə Bakı–Tbilisi–Ceyhan neft kəməri istiqamətində 155 min ton Qazaxıstan nefti yükləyib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 16 min ton çoxdur”, – deyə şirkətin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, bundan əvvəl, avqustun 7-də başqa bir Qazaxıstan şirkəti - “QazMunayQaz” Bakı–Tbilisi–Ceyhan marşrutu ilə neft tədarükünü ötən ilki 1,3 milyon tondan cari ildə 1,7 milyon tona çatdırmaq planlarını açıqlamışdı. Qazaxıstanın energetika naziri Yerlan Akkencenovun bildirdiyi kimi, Azərbaycan tərəfi Qazaxıstan neftinin qəbul həcmini ildə 2,2 milyon tona qədər artırmağa hazır olduğunu bəyan edib. Tərəflər bu məsələ ilə bağlı danışıqlar aparırlar.
