Müharibə şəraitində olan ölkələr "Avroviziya" müsabiqəsinə ev sahibliyi edə bilməyəcək

Mədəniyyət Xəbər 13 Avqust 2026 01:57 (UTC +04:00)
Müharibə şəraitində olan ölkələr "Avroviziya" müsabiqəsinə ev sahibliyi edə bilməyəcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

"Avroviziya" Mahnı Müsabiqəsi avqustun 12-də qaydalarında dəyişiklik etdiyini açıqlayıb. Yeni qaydalara əsasən, ənənəvi olaraq növbəti müsabiqəyə ev sahibliyi edən qalib ölkə müharibə vəziyyətində olduğu təqdirdə tədbiri keçirə bilməyəcək.

"Avroviziya"nın təşkilatçıları bəyanatda bildiriblər: “Müsabiqənin qaydalarına artıq belə bir müddəa daxildir: silahlı münaqişə, həssas geosiyasi vəziyyət və ya hər hansı digər hal qalib yayımçının ölkəsinin və ya onun yaxın regionunun təhlükəsizliyinə və ya sabitliyinə əhəmiyyətli dərəcədə təsir göstərərsə, həmin yayımçı müsabiqəyə ev sahibliyi etmək hüququndan avtomatik məhrum edilir.”

Bunun nəticəsi olaraq, İsrail və Ukrayna növbəti müsabiqədə qalib gələrlərsə, tədbiri öz ərazisində keçirə bilməyəcəklər.

Məhz bu səbəbdən Ukrayna 2022-ci ildə qalib gəlməsinə baxmayaraq, 2023-cü ildə müsabiqəyə ev sahibliyi etməmişdi. EBU-nun qərarı ilə yarış Böyük Britaniyanın Liverpul şəhərində keçirilmişdi.

"Avroviziya-2026" müsabiqəsinin qalibi Bolqarıstan olub. Müğənni Dara "Bangaranga" mahnısı ilə ölkəsinə qələbə qazandırıb və 516 xal toplayıb. İfaçı həm tamaşaçıların, həm də münsiflərin səsverməsində qalib gəlib.

Bu il İsrailin müsabiqədə iştirakı yenidən mübahisələrə səbəb olub. Beş ölkə yarışmanı boykot edib. İspaniya, İrlandiya, Niderland, Sloveniya və İslandiya Vyanada keçirilən müsabiqəyə öz nümayəndələrini göndərməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti