Donald Tramp sözçüsü Kerolayn Livittin vəzifədən ayrılacağını açıqlayıb

Dünya xəbərləri Xəbər 13 Avqust 2026 01:28 (UTC +04:00)
Donald Tramp sözçüsü Kerolayn Livittin vəzifədən ayrılacağını açıqlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp avqustun 12-də özünün Truth Social sosial şəbəkəsində Ağ Evin mətbuat katibi Kerolayn Livittin ayın sonunda vəzifəsindən ayrılacağını açıqlayıb. Bu yaxınlarda ikinci övladını dünyaya gətirən Livitt ailəsinə vaxt ayırmaq üçün vəzifəsini tərk edəcək.

Kerolayn Livitt isə "X" sosial şəbəkə hesabında paylaşımında bu qərarı “şirin-acı” adlandırıb, ABŞ prezidentinə “inanılmaz dərəcədə minnətdar” olduğunu bildirib və gələcəkdə xarici məsləhətçi kimi fəaliyyət göstərəcəyini qeyd edib.

28 yaşlı respublikaçı "X" sosial şəbəkəsində yazıb: “Ürəyimin dərinliyində hiss etdim ki, iki azyaşlı övladımın layiq olduğu ana ola bilmirəm, eyni zamanda mətbuat katibi kimi vəzifəmin tələb etdiyi enerjini, daimi diqqəti və vaxtı sərf edə bilmirəm.”

Trampın seçki kampaniyası dövründə, 2024-cü ildə oğul övladı dünyaya gələn Livitt mayın əvvəlində qız övladını da dünyaya gətirib. ABŞ prezidenti onun qərarını tam şəkildə anladığınlı və hörmətlə qarşıladığını bildirib. Tramp açıqlamasında Ağ Evin mətbuat katibinin fəaliyyətini yüksək qiymətləndirərək onun işini “möhtəşəm” adlandırıb.

Qeyd edək ki, Kerolayn Livitt bu yüksək vəzifəyə təyin olunan ən gənc şəxs olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti