Bərdə. Trend:
Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət 4 nəfər (kişi) avqustun 13-də saat 16:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda bildirilib.
xxx
17:59
Bərdədə üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Camry” markalı, 10-RE-858 dövlət qeydiyyat nişanlı, VAZ-2107 markalı, 77-GZ-516 dövlət qeydiyyat nişanlı və 41-BE-260 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Toqquşma nəticəsində “Toyota Camry” və VAZ-2107 markalı avtomobillər yolun müxtəlif istiqamətlərindəki kənarlarına düşüb.
Şahidlərin sözlərinə görə, VAZ-2107 markalı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
