Füzuli. Trend:
Füzuli rayonunun iki kəndində güclü yanğın başlayıb.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yanğın rayonun Yuxarı Dilağardı və Veysəlli kəndləri ərazisində qeydə alınıb.
Hazırda yanğın minalardan təmizlənməmiş ərazilərdə davam etdiyindən onun söndürülməsi çətinləşib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
