Yaponiyada rekord həddə yağış dörd nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 14 Avqust 2026 06:54 (UTC +04:00)
Yaponiyada rekord həddə yağış dörd nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Tokionun şərqində yerləşən Tiba prefekturasında rekord miqdarda yağıntı düşüb. Təbii fəlakət nəticəsində dörd nəfər həlak olub.

Bu barədə Yaponiyanın "NHK" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Prefekturada onlarla bina su altında qalıb, dörd nəfər yüngül xəsarət alıb. Bir nəfərin itkin düşdüyü, daha bir nəfərin isə ürək dayanması vəziyyətində olduğu bildirilir.

Tibada güclü yağışlar cümə axşamı axşam saatlarından başlayıb. NHK-nın məlumatına görə, müxtəlif ərazilərdə rekord miqdarda yağıntı qeydə alınıb.

Belə ki, prefekturanın paytaxtı Tiba şəhərində 12 saat ərzində 348 mm yağıntı düşüb. Bu, müşahidələrin aparılmağa başlandığı vaxtdan bəri ən yüksək göstəricidir və avqust ayının orta aylıq normasından təxminən üç dəfə çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti