Bakı. Trend:
NASA Marsın Valles-Qrande bölgəsində “Curiosity” roverinin çəkdiyi səthin yeni görüntülərini yayımlayıb.
Fotolarda arı pətəyinə bənzər naxışlar əmələ gətirən qeyri-adi çatlar görünür.
Bu çatlar vadinin əhəmiyyətli hissəsinə yayılıb və özünəməxsus quruluşu ilə tədqiqatçıların diqqətini cəlb edib.
Alimlərin fikrincə, bu cür strukturlar kəskin temperatur dəyişiklikləri və ya Mars torpağının quruması nəticəsində yarana bilər. Lakin mütəxəssislər onların yaranmasının dəqiq səbəbini hələ müəyyən etməlidirlər.
