ABŞ-də miqrasiya polisi elektroşok əlcəklərlə təchiz olunacaq

Dünya xəbərləri Materials 12 Avqust 2026 21:37 (UTC +04:00)
ABŞ-də miqrasiya polisi elektroşok əlcəklərlə təchiz olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşları üçün bir neçə min ədəd elektrik cərəyanı verən əlcəyin alınmasına 20 milyon dollar vəsait ayırmağı planlaşdırır. Tədarükün 2027-ci ilin mart ayına qədər başlanması nəzərdə tutulur.

Bu barədə “Associated Press” məlumat yayıb.

GLOVE (Generated Low Output Voltage Emitter) adlı əlcəklər Kentukki ştatında yerləşən Compliant Technologies şirkəti tərəfindən istehsal olunur. Qurğu adi geyim əşyasına bənzəsə də, elektrik cərəyanını aktivləşdirən xüsusi düymə ilə təchiz edilib.

Həbs yerlərində ölüm hallarının qarşısının alınması İnstitutunun rəhbəri Con Pitersin sözlərinə görə, əlcəklərin təsiri arı sancmasına bənzəyir. O hesab edir ki, bu texnologiya əməkdaşlara insanları daha sürətlə saxlamağa və münaqişəli vəziyyətlərin müddətini azaltmağa imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti