ABŞ və 40 ölkə dövlətləri raket buraxılışları barədə əvvəlcədən məlumat verməyə çağırıb

Dünya xəbərləri Materials 12 Avqust 2026 08:34 (UTC +04:00)
ABŞ və 40 ölkə dövlətləri raket buraxılışları barədə əvvəlcədən məlumat verməyə çağırıb

Bakı. Trend:

ABŞ və daha 40 ölkə birgə bəyanatla çıxış edərək dövlətləri qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardan buraxılan ballistik raketlərin (SLBR) və kosmik raket-daşıyıcıların buraxılışı barədə əvvəlcədən məlumat verməyə çağırıb.

Bu barədə ABŞ-nin Cenevrədəki BMT yanında Daimi Nümayəndəliyinin saytında dərc olunan birgə bəyanatda bildirilib.

“Biz bütün ölkələri, xüsusilə nüvə silahına malik dövlətləri qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardan buraxılan ballistik raketlərin (SLBR) və kosmik raket-daşıyıcıların buraxılışı barədə ən azı 24 saat əvvəl məlumat verməyə çağırırıq”, - deyə qeyd olunub.

Qeyd olunub ki, bildirişlərdə ballistik raketin və ya buraxılış vasitəsinin sinfi, planlaşdırılan buraxılış pəncərəsi, buraxılış sahəsi və planlaşdırılan təyinat yeri haqqında məlumatlar olmalıdır. Bundan əlavə, ölkələr gözlənilən təsir və ya eniş sahələri haqqında məlumatlar da daxil olmaqla, riskləri azaltmaq üçün beynəlxalq standartlara uyğun olaraq təyyarəçilərə və dənizçilərə aydın bildirişlər verməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti