Panama kanalından keçid haqqı rekord həddə çatıb

Dünya xəbərləri Materials 12 Avqust 2026 06:53 (UTC +04:00)
Panama kanalından keçid haqqı rekord həddə çatıb

Bakı. Trend:

Panama kanalından istifadəyə görə ödənişlər rekord həddə — 1,1 milyon dollara çatıb.

Bu barədə “Financial Times” qəzetindən məlumat verilib.

“Panama kanalının ən çox istifadə olunan şlüzlərindən keçmək hüququ ilə bağlı bu ay keçirilən gündəlik hərraclarda orta qiymət təxminən 1,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki orta qiymətdən 16 dəfədən çox yüksəkdir”, - deyə nəşr yazıb.

Məlumata əsasən, qiymətlərin artması El-Ninyo cərəyanının güclənməsi səbəbindən suyun səviyyəsinin aşağı düşməsi və ABŞ-İran münaqişəsi nəticəsində Hörmüz boğazının bağlanması fonunda tələbatın artması ilə əlaqədardır.

Nəşrin məlumatına görə, son həftələrdə Panama kanalının iri şlüzlərindən istifadə üçün orta ödəniş 2,5 milyon dollara qədər yüksəlib.

Xəbər lenti

Xəbər lenti