V qrup üzrə dövlət sifarişli yerlərin sayı açıqlanıb – Ən çox bu ixtisaslara plan ayrılıb

Cəmiyyət Materials 10 Avqust 2026 18:02 (UTC +04:00)
V qrup üzrə dövlət sifarişli yerlərin sayı açıqlanıb – Ən çox bu ixtisaslara plan ayrılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

V ixtisas qrupu üzrə ümumilikdə 1 543 dövlət sifarişli plan yeri ayrılıb.

Bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub.

Bu qrup üzrə ən çox dövlər sifarişli plan yeri Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (190), Təsviri incəsənət müəllimliyi (180) və İnstrumental ifaçılıq (160) ixtisasları, ən az yer isə Bəstəkarlıq ixtisası (10 yer) üzrə ayrılıb.

Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbul qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanının birinci mərhələsi üzrə topladığı ümumi balı əsasında aparılır.

Xüsusi qabiliyyət tələb edən ixtisasların komissiyalar üzrə bölgüsü və qeydiyyat zamanı nəzərə alınan şərtlər “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

Qeyd edək ki, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti