Azərbaycanın Xarici İşlər Nazirliyi Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib

Cəmiyyət Materials 10 Avqust 2026 23:12 (UTC +04:00)
Azərbaycanın Xarici İşlər Nazirliyi Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kolumbiyaya zəlzələ ilə bağlı başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Kolumbiyada zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların baş verməsi xəbərindən dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, xəsarət alanların tezliklə sağalmasını diləyirik.

Bu çətin zamanda düşüncələrimiz Kolumbiya xalqı ilədir", - deyə paylaşımda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti