Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edilib

Siyasət Materials 10 Avqust 2026 13:20 (UTC +04:00)
Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Məmməd Əhmədzadə Azərbaycanın Niderlanddakı səfiri vəzifəsindən geri çağırılıb, digər Sərəncamla o, Azərbaycanın Belçikadakı səfiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Sərəncamla, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. O, digər Sərəncamla Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edililib.

Prezident İlham Əliyevin daha bir Sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti