Bakı. Trend:
Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009–2011) Andraş Baka Macarıstanın hakim “Tisa” partiyasının ölkə prezidenti vəzifəsini tutmaq təklifini qəbul edib.
Bu barədə Macarıstanın Baş naziri Peter Magyar "Facebook" səhifəsində yazıb.
“Biz Andraş Bakaya “Tisa” partiyasının fraksiyasının qərarı barədə şəxsən məlumat verdik və eyni zamanda ondan respublika prezidenti vəzifəsini tutmaq təklifini qəbul etməsini xahiş etdik. Cənab sədr millətə xidmət etmək istəyi ilə bu təklifi qəbul edib və Macarıstan xalqının birliyi, demokratik və Avropa yönümlü Macarıstan naminə çalışmağa hazırdır”, – deyə o bildirib.