Çində "Dolphin" tayfunu səbəbindən yüzlərlə aviareys ləğv edilib

Dünya xəbərləri Materials 10 Avqust 2026 03:47 (UTC +04:00)
Çində "Dolphin" tayfunu səbəbindən yüzlərlə aviareys ləğv edilib

Bakı. Trend:

"Dolphin" tayfunu bazar günü axşam Çinin sahilyanı Çjetszyan əyalətinə çataraq güclü küləyə səbəb olub və Şərqi Çində hava nəqliyyatının fəaliyyətini pozub.

Bu barədə yerli KİV məlumat yayıb.

Bazar günü saat 14:20-yə olan məlumata görə, Şanxayın iki əsas hava limanında gündəlik uçuşların 80 faizindən çoxu, ümumilikdə 2 230-dan çox reys ləğv edilib. Bazar ertəsi səhər isə 720-dən çox reys ləğv olunub.

Çinin VariFlight xidmətinin məlumatına görə, Xançjou-Syaoshan Beynəlxalq Hava Limanında bazar günü 500-dən çox, bazar ertəsi üçün isə planlaşdırılan 180-dən çox reys ləğv edilib.

Bu arada, bazar günü Çjetszyan əyalətinin bir sıra hava limanlarında, o cümlədən Ninbo Lishe və Vençjou Lunvan hava limanlarında heç bir təyyarə qəbul edilməyib və uçuş həyata keçirilməyib.

Hazırkı proqnozlara görə, bazar günündən çərşənbə gününədək tayfun 44 hava limanına təsir göstərəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti