Balakəndə qəza: 3 nəfər ölüb, 2 nəfər yaralanıb (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2026 12:42 (UTC +04:00)
Balakəndə qəza: 3 nəfər ölüb, 2 nəfər yaralanıb (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı.Trend:

Balakəndə baş verən zəncirvari ağır yol qəzası nəticəsində üç nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Ölənlər arasında ana və onun oğlu da var.

Zəncirvari yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai”, “KİA” və “Toyota” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan “Hyundai”nin sürücüsü Balakənin Katex kənd sakini Məryəm Hoorsova, “Toyota”nın sürücüsü Balakənin Sarıbulaq kənd sakini 27 yaşlı Rəşad Mütəllibov və “Toyota”da olan sərnişin - sürücünün anası 52 yaşlı Pərvanə Məmmədova hadisə yerində ölüblər.

Daha iki nəfər sərnişin “Toyota”nın sürücüsü Rəşad Mütəllibovun atası 51 yaşlı Yaşar Mütəllibov və “Hyundai”də olan sərnişin 61 yaşlı Şərif Soltanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti