Husilər Qırmızı dəniz sahilində Səudiyyə neft emalı zavoduna zərbə endiriblər

Dünya xəbərləri Materials 9 Avqust 2026 16:07 (UTC +04:00)
Husilər Qırmızı dəniz sahilində Səudiyyə neft emalı zavoduna zərbə endiriblər
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmən husiləri bazar günü Qırmızı dəniz sahilində yerləşən Səudiyyə Ərəbistanına məxsus neft emalı zavoduna zərbə endirdiklərini açıqlayıblar. Bu, Yəmən hökumətini dəstəkləyən Ər-Riyada qarşı növbəti hücumdur.

Husilərin hərbi sözçüsü Yəhya Səri bildirib ki, üsyançılar Səudiyyə Ərəbistanının nəhəng neft şirkəti "Aramco"nun ölkənin cənub-qərbində yerləşən Cizan şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə "dəqiq zərbə" endiriblər. O əlavə edib ki, hücum Səudiyyə Ərəbistanının Yəmənin şimal-qərbindəki ərazilərə müdaxilələrinə cavab olaraq həyata keçirilib.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bundan əvvəl ərazidə yanğın baş verdiyini açıqlamış, lakin onun səbəbini bildirməmişdi.

"Aramco"nun təhlükəsizlik qrupları səhər tezdən baş vermiş yanğını söndürüblər", – deyə nazirlik bildirib və xəsarət alan və ya ölən olmadığını qeyd edib.

Yəmən münaqişəsində döyüşlərin ötən ay yenidən başlaması ABŞ və İran arasında müharibədən sonra regionda gərginliyin daha da artmasının yeni mərhələsi ilə əlaqələndirilir.

Husilər iyulun sonunda Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus gəmilərə blokada tətbiq etdiklərini açıqlayıblar. Hörmüz boğazının İran tərəfindən bağlanmasından sonra Qırmızı dəniz karbohidrogenlərin daşınması üçün həyati əhəmiyyət daşıyan marşruta çevrilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti