İraqda qonşu ölkəyə hücum planlaşdıran qrupun üzvləri həbs edilib

Dünya xəbərləri Materials 9 Avqust 2026 01:19 (UTC +04:00)
İraqda qonşu ölkəyə hücum planlaşdıran qrupun üzvləri həbs edilib

Bakı. Trend:

İraqın təhlükəsizlik qüvvələri qonşu ölkəyə pilotsuz uçuş aparatları ilə hücum hazırlayan hərbiləşdirilmiş qruplaşmalardan birinin tərəfdarlarından ibarət qrupu saxlayıb.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin məlumatına görə, “Babil əyalətində hərbiləşdirilmiş qruplaşmalardan birinə mənsub üç nəfərdən ibarət qrup saxlanılıb”. Bildirilir ki, onların üzərindən “İraq hüdudlarından kənarda hücumlar həyata keçirmək üçün hazırlanmış ən müasir modifikasiyalı bir neçə PUA” aşkarlanaraq götürülüb.

Mənbələrin iddiasına görə, saxlanılan qrup “döyüş PUA-larının hazırlanması üzrə iranlı mütəxəssislərlə əlaqəli olub”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti