Paytaxtda bəzi avtobus dayanacaqlarının fəaliyyəti dayandırılacaq

Cəmiyyət Materials 9 Avqust 2026 21:00 (UTC +04:00)
Paytaxtda bəzi avtobus dayanacaqlarının fəaliyyəti dayandırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 10-da paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfində təmir işləri aparılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin və diskomfortun yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.

Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti