Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Cəmiyyət Materials 8 Avqust 2026 17:49 (UTC +04:00)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 7-də cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti