İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu

Dünya xəbərləri Materials 9 Avqust 2026 18:48 (UTC +04:00)
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Vaşinqtonla Tehran arasında razılaşmanın mövcud olub-olmamasından asılı olmayaraq İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Bu bəyanatı İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin hökumətinin həftəlik iclasının əvvəlində səsləndirib.

"Mən İranın nüvə silahı əldə etmək cəhdlərinə qarşı mübarizədə İsrail ilə ABŞ arasındakı tarixi tərəfdaşlığı yüksək qiymətləndirirəm. Bir daha vurğulamaq istəyirəm: razılaşma ilə və ya razılaşmasız, mən baş nazir olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq", - deyə Netanyahu bildirib. Baş nazirin açıqlamasını onun dəftərxanası yayıb.

Netanyahunun sözlərinə görə, son həftələrdə "İran region ölkələrinə, hətta regiondan kənarda yerləşən ölkələrə hücum edir, lakin hücum etmədiyi bir ölkə var – İsrail". Onun fikrincə, bunun səbəbi Tehranın "İsrailin belə bir addım atacağı təqdirdə ona nə qədər güclü zərbə endirəcəyini bilməsidir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti