ABŞ neft maqnatını Venesueladakı layihələrdən çıxarmağa məcbur etməyə çalışır

Dünya xəbərləri Materials 9 Avqust 2026 02:12 (UTC +04:00)
ABŞ neft maqnatını Venesueladakı layihələrdən çıxarmağa məcbur etməyə çalışır

Bakı. Trend:

ABŞ administrasiyası əvvəllər Vaşinqtona Venesuela ilə münasibətləri qorumağa kömək etmiş amerikalı iş adamı Harri Sarcentə təzyiqi artırıb.

Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, 7 avqustda ABŞ Maliyyə Nazirliyi Venesuela neft hasilatı layihələrində iştirak edən Sarcentə məxsus şirkətin ofşor aktivlərini dondurub. Böyük Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş "Bluewave Properties Ltd." şirkəti Venesuelada “Chevron”dan sonra ikinci ən böyük özəl neft istehsalçısı olan "North American Blue Energy Partners" (NABEP) şirkətində azlıq payına sahibdir.

"Bloomberg" qeyd edib ki, NABEP-in Bolivar Respublikasında istehsal etdiyi neftin bir hissəsi ABŞ-da yol örtüyü üçün asfalt halına gətirilir. Agentliyin mənbələri bildirib ki, aktivlərin dondurulması ilə yanaşı, ABŞ Maliyyə Nazirliyi Sargentin biznesdən çıxmasına icazə verən lisenziya verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti