Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) reaktiv enerjinin kompensasiyası üçün panelin alınması və quraşdırılması xidmətinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 147,50 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 27 avqust 2026-cı il saat 18:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 27 avqust 2026-cı il saat 18:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 498 77 53 (6013)
Əlaqədar şəxs: Əmral Qayıbov
Email: [email protected]
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
