Möhsün Rezai İran Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib

Dünya xəbərləri Materials 9 Avqust 2026 22:13 (UTC +04:00)
Möhsün Rezai İran Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

İranda Təhlükəsizlik Şurasına yeni katib təyin edilib.

Bu barədə İran prezident administrasiyasından ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Məhəmməd Mehdi Təbatəbai "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu vəzifəyə SEPAH-ın keçmiş komandanı və İranın Ali Liderinin müşaviri Möhsün Rezai təyin olunub.

"Məhəmməd Bağer Zolqədrin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni vəzifəyə təyin olunması ilə əlaqədar olaraq, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkyanın fərmanı ilə Möhsün Rezai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti