Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Avqust 2026 05:11 (UTC +04:00)

Bakı. Trend:

Nigerin cənubunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avtobuslardan biri yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi təqribən 170 metr irəliləyib. Sürücülər dərhal ölüblər.

Avtobusların birində 17 nigerli hərbçi olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti