Roma papası Ukrayna və Rusiyaya müraciət edib

Dünya xəbərləri Materials 10 Avqust 2026 11:43 (UTC +04:00)
Roma papası Ukrayna və Rusiyaya müraciət edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Roma Papası XIV Leo Rusiyaya və Ukraynaya hərbi əməliyyatları dayandırmaq çağırışı edib, həmçinin münaqişə qurbanlarının ailələrinə başsağlığı verib.

Bu barədə Vatican News məlumat yayıb.

Pontifik bildirib ki, müharibə yalnız yeni müharibələrə səbəb olur və insanlara böyük iztirablar gətirir. XIV Leo “zorakılıq spiralını” dayandırmağın, sülhə gedən yolu açmaq üçün dialoq və diplomatiyaya yer verməyin vaxtının çatdığını vurğulayıb.

O, Rusiya və Ukraynanı beynəlxalq humanitar hüquqa riayət etməyə və dinc əhalinin zərər çəkdiyi hücumlara son qoymağa çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti