Rusiyada qızıl yatağında partlayış olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 10 Avqust 2026 08:44 (UTC +04:00)
Rusiyada qızıl yatağında partlayış olub, ölən və yaralananlar var

Bakı. Trend:

Bu gün Kamçatkadakı Asaça qızıl yatağında baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə Rusiyanın Kamçatka ərazi Təbii Fəlakətlər Təbabəti Mərkəzindən məlumat verilib.

“Məlumatlara görə, bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Onların vəziyyəti stabil ağırdır. Yaralıların quru yolu və ya hava nəqliyyatı ilə təxliyə edilməsi məsələsi həll olunur”, - deyə Mərkəzdən bildirilib.

Asaça qızıl yatağı Petropavlovsk-Kamçatskidən 160 kilometr məsafədə, Yelizovo rayonunda yerləşir. Bu mədən Cənubi Kamçatka bölgəsinin əsas qızıl yataqlarından biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti