Beyləqan. Trend:
Beyləqan rayonunda 15 yaşlı yeniyetmə kanalda çimərkən boğularaq ölüb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Bünyatlı kəndi ərazisində baş verib.
Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu Bünyatlı kəndi ərazisindəki su kanalında çimərkən boğulub.
Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
