Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Serbiyaya səfər edib. Səfər çərçivəsində onun Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşü nəzərdə tutulub.
Prezident Volodimir Zelenski səfər barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Mən komandamla birlikdə Serbiyaya gəldim. Bu gün və sabah Serbiya Prezidenti Aleksandar Vuçiç və Baş nazir Corce Matsut ilə mühüm görüşlər planlaşdırılıb.
Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsini, Avropa İttifaqı ilə münasibətləri, xalqlarımıza fayda verə biləcək digər əməkdaşlıq istiqamətlərini və təhlükəsizlik məsələlərini müzakirə edəcəyik.
Ukrayna hər zaman qarşılıqlı fayda və qarşılıqlı hörmət prinsipləri əsasında konstruktiv əməkdaşlığa hazırdır", - deyə paylaşımda bildirilir.
