Bakı. Trend:
İsrail Livanın cənubundakı 3 fərqli məntəqəyə hücum edib.
Bu barədə xarici media xəbər verib.
İsrail hərbi qüvvələri Kfar Tebnit kəndini bombalayıb, Nəbatiyyə əl-Fövqa şəhərinin ətraf ərazilərini artilleriya atəşinə tutub və əl-Mənsuri şəhərinə isə zərbələr endirib.
Bu hücumların hər hansı insan tələfatına səbəb olması ilə bağlı isə məlumat yoxdur.