Xocavənd. Trend:
İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində
2026-cı il 7 avqust tarixində mina partlayışı hadisəsi baş
verib.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verib.
Məlumata əsasən, Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
xxx
10:45
Xocavənd rayonunda buldozer minaya düşüb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun Qızılqaya kəndi ərazisində baş verib.
Belə ki, E. Abbasovun idarə etdiyi buldozer ərazidə iş apararkən minaya düşüb. Partlayış nəticəsində xəsarət alan olmayıb, texnikaya ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
