Husilər Səudiyyə hərbçilərinə zərbə endirib: çox sayda ölən var

Dünya xəbərləri Materials 10 Avqust 2026 10:15 (UTC +04:00)
Husilər Səudiyyə hərbçilərinə zərbə endirib: çox sayda ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəməndə Ənsar-Allah hərəkatından olan husi döyüşçülər ölkənin cənub-qərbində yerləşən Muha liman şəhərində Səudiyyə qüvvələrinə hədəflənmiş hava zərbəsi endiriblər.

Bu barədə AFP hərəkatın açıqlamasına istinadən məlumat yayıb.

Daha əvvəl Səudiyyənin neft obyektlərini hədəfə alan husilərin Səudiyyə hərbçilərinə birbaşa zərbə endirdiklərini açıqlaması cəbhə xəttinin genişlənməsi ilə bağlı narahatlıqları artırıb.

AFP Muha şəhərindəki tibbi mənbəyə istinadən xəbər verib ki, husilərin hücumu nəticəsində üç mülki şəxs və səkkiz hərbçi olmaqla, azı 11 nəfər həlak olub. Bundan əvvəl Yəmən hökumətinə məxsus iki hərbi mənbə hücum zamanı azı səkkiz əsgərin öldüyünü, 40-dan çox hərbçinin isə yaralandığını təsdiqləyib.

Husilərin sözçüsü Yəhya Sari açıqlamasında bildirib: “Muha bölgəsində Səudiyyə düşmən qüvvələrinin cəmləşdiyi ərazilərə və silah anbarlarına genişmiqyaslı, dəqiq zərbə endirdik.”

Sari əlavə edib ki, hücum zamanı çoxsaylı ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub. Onun sözlərinə görə, zərbələr nəticəsində Səudiyyənin hərbi texnikası və silahları geniş şəkildə məhv edilib, aralarında Səudiyyə vətəndaşlarının da olduğu onlarla insan həlak olub və yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti