Macarıstanda Dunay çayında Vermaxt əsgərlərinin qalıqları aşkarlanıb

Dünya xəbərləri Materials 7 Avqust 2026 22:32 (UTC +04:00)
Macarıstanda Dunay çayında Vermaxt əsgərlərinin qalıqları aşkarlanıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanda Dunay çayında suyun səviyyəsinin azalması nəticəsində Vermaxtın iki əsgərinin qalıqları, həmçinin DKW NZ 350-1 markalı motosiklet və Tellermine 35 tank əleyhinə minaları aşkarlanıb.

Bu barədə Almaniyanın Hərbi Məzarlıqlara Qayğı üzrə Xalq birliyi sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, tapıntılar Budapeştin ətrafında yerləşən Budaörş şəhərində Dunayın üzə çıxmış yatağında batmış gəmilərin tədqiqi zamanı aşkar edilib. Qazıntı işlərini Macarıstanın Hərb Tarixi İnstitutu və Muzeyinin əməkdaşları aparıblar. Döyüş sursatı aşkar edildiyindən hadisə yerində istehkamçılar da çalışıb, işlər aparılan müddətdə sahil zolağı mühasirəyə alınıb.

Hadisə yerində həlak olmuş əsgərlərə məxsus tanınma nişanları da tapılıb. Birliyin məlumatına görə, həm nişanlar, həm də motosiklet lilin tərkibindəki dizel yanacağı qarışığı sayəsində yaxşı vəziyyətdə qalıb. Qalıqların Budaörşdə yerləşən Vermaxt əsgərlərinin qəbiristanlığında dəfn ediləcəyi gözlənilir.

Xalq birliyi ümid edir ki, çayda suyun səviyyəsinin azalması yaxın vaxtlarda arxeoloqlara Dunayda həlak olmuş digər Vermaxt əsgərlərinin qalıqlarını da aşkar etməyə imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti