Bakı. Trend:
İranın dəniz blokadasının iyulun 14-də bərpa olunmasından sonra ABŞ hərbçiləri tərəfindən istiqaməti dəyişdirilən ticarət gəmilərinin sayı 55-ə çatıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
“Avqustun 9-na olan məlumata görə, CENTCOM qüvvələri 55 kommersiya gəmisinin istiqamətini dəyişib, 2 gəmini sıradan çıxarıb və dəniz blokadasına əməl olunmasını təmin etmək məqsədilə daha 2 gəmiyə şəxsi heyət çıxarıb”, - deyə komandanlıqdan bildirilib.
Avqustun 8-də istiqaməti dəyişdirilən gəmilərin sayı 51 olub.