Malayziyadan idxal olunan qida əlavələrində qadağan olunmuş maddə aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2026 17:32 (UTC +04:00)
Malayziyadan idxal olunan qida əlavələrində qadağan olunmuş maddə aşkarlanıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Malayziyadan idxal olunan qida əlavələrində qadağan olunmuş maddə aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb:

"Laborator müayinələrin nəticələrinə əsasən, "Saffren dietary supplement" (istehsal tarixi: 01.02.2025, son istifadə tarixi: 01.02.2028) və "Spirulina" (istehsal tarixi: 10.01.2025, son istifadə tarixi: 09.01.2028) adlı məhsulların tərkibində istifadəsinə icazə verilməyən sibutramin maddəsi müəyyən edilib".

Qeyd olunub ki, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb:

"Həmçinin uyğunsuz məhsulların ixracının dayandırılması məqsədilə Malayziyanın səlahiyyətli qurumuna rəsmi müraciət ünvanlanıb".

"AQTA istehlakçılara bioloji aktiv qida əlavələrini yalnız etibarlı satış məntəqələrindən əldə etməyi və məhsulun mənşəyinə, etiket məlumatlarına və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi tövsiyə edir", - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti