Bakı. Trend:
Usta işlədikləri evdən 5 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb:
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı onların qızıl-zinət əşyalarını usta kimi işlədikləri mənzildən oğurladıqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.
