Bakı. Trend:
"PAŞA Holding" 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir.
"PAŞA Holding"in korporativ sosial məsuliyyət (KSM) çərçivəsində
həyata keçirdiyi “Fərqindəlik” layihəsi ölkə üzrə səhiyyə
savadlılığının artırılması, profilaktik tibbi müayinələrin təşviqi
və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dəstək məqsədi
daşıyır. 2025-ci ildə start verilən layihə ötən il ərzində 3
mərhələ üzrə həyata keçirilib və ölkənin 30 rayonunu əhatə edib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, "All Medical" şirkəti,
yerli klinikalar və icra strukturlarının əməkdaşlığı ilə həyata
keçirilən tədbirlər çərçivəsində ümumilikdə minlərlərlə insan
müayinədən keçib.
Layihənin uğurlu nəticələri nəzərə alınaraq, 2026-cı ildə
"Fərqindəlik" layihəsinin IV və V mərhələləri həyata keçirilib.
Mart ayından etibarən keçirilən səyyar tibbi aksiyalar çərçivəsində
16 rayonda müayinələr təşkil olunub və layihənin coğrafiyası daha
da genişləndirilib.
2026-cı ilin avqust ayınadək layihə 5 mərhələ üzrə ümumilikdə 46
rayonu əhatə edib. "Fərqindəlik" layihəsi növbəti mərhələlərdə də
davam etdirilərək daha geniş ərazidə əhalinin profilaktik tibbi
müayinə olunmasını və erkən diaqnostika imkanlarının
genişləndirilməsini hədəfləyir. Həmçinin, müayinələr zamanı ilk
dəfə şəkər aşkarlananlara qlükometr (şəkər ölçən cihaz) da hədiyyə
edilib.
Layihə çərçivəsində səyyar tibbi müayinələr davam etdirilir. Bu
həftə növbəti aksiyaların Cəlilabad və Neftçala rayonlarında
keçirilməsi nəzərdə tutulur.
İctimai sağlamlığın təşviqi "PAŞA Holding"in korporativ sosial
məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir.
"Fərqindəlik" layihəsi də bu istiqamətdə həyata keçirilən
uzunmüddətli təşəbbüslərdən biri kimi tibbi xidmətlərin
əlçatanlığını artırmaqla yanaşı, vətəndaşlarda sağlam həyat
tərzinin təşviqi, xəstəliklərin erkən aşkarlanması və profilaktik
müayinələrin əhəmiyyəti barədə maarifləndirmənin gücləndirilməsinə
xidmət edir.