Suriya DİN Dəməşqdəki partlayışda ölənlər barədə məlumatları təkzib edib

Dünya xəbərləri Materials 7 Avqust 2026 04:53 (UTC +04:00)
Suriya DİN Dəməşqdəki partlayışda ölənlər barədə məlumatları təkzib edib

Bakı. Trend:

Suriyanın Daxili İşlər Nazirliyi Dəməşq ətrafında mikroavtobusda baş vermiş partlayış nəticəsində ölənlərin olması ilə bağlı məlumatları təkzib edib.

Bu barədə nazirliyin Telegram kanalında yayımlanan bəyanatda bildirilib.

"Daxili İşlər Nazirliyi Cəmaran qəsəbəsində baş vermiş partlayışla bağlı araşdırmaları davam etdirir. Hadisə nəticəsində 14 mülki şəxs xəsarət alıb", - deyə məlumatda qeyd olunub.

Suriyanın paytaxtının Səhiyyə İdarəsinin nümayəndələri də ölənlərin olması ilə bağlı məlumatı təkzib ediblər. Bu barədə Syria TV telekanalı məlumat yayıb.

Hadisə avqustun 6-da axşam saatlarında Dəməşq ətrafında baş verib. İlkin məlumata görə, mikroavtobusa partlayıcı qurğu yerləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti