Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir - Andriy Sibiha (FOTO)

Siyasət Materials 6 Avqust 2026 13:10 (UTC +04:00)
Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir - Andriy Sibiha (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Kiyevdə keçirdiyi görüşün nəticələrinə dair paylaşım edib.

A.Sibiha bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli və beynəlxalq gündəliyin əsas məsələləri, o cümlədən regional təhlükəsizlik, davamlı sülhün təmin olunması istiqamətində səylər, iqtisadi və enerji sahəsində əməkdaşlıq, həmçinin Azərbaycanın Ukraynanın bərpasına verdiyi mühüm töhfə müzakirə olunub.

Nazirin sözlərinə görə, bugünkü görüş Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım olub.

“Dialoqumuz müntəzəm yüksək səviyyəli təmaslar, praktiki əməkdaşlıq və ikitərəfli gündəliyin genişləndirilməsi üzrə ortaq öhdəlik əsasında aktiv və məzmunlu şəkildə davam edir”, - paylaşımda qeyd edilib.

A.Sibiha Azərbaycanın Rusiyanın genişmiqyaslı işğalının ilk günlərindən etibarən Ukraynaya göstərdiyi humanitar yardıma, xüsusilə ölkənin enerji dayanıqlığının gücləndirilməsi, kritik infrastrukturun bərpası və yenidənqurma işlərinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

O vurğulayıb ki, Ukrayna Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir və öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə sadiqdir.

“Əminəm ki, dostluğumuz, qarşılıqlı etimadımız və strateji tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf etməyə davam edəcək”, - deyə paylaşımda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti