Bakı. Trend:
ABŞ hərbçiləri iyulun ortalarında İranın dəniz limanlarının blokadası bərpa edildikdən sonra 49 ticarət gəmisinin istiqamətini dəyişdirib, daha iki gəmini isə sıradan çıxarıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"Avqustun 6-na olan məlumata görə, CENTCOM 49 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 2 gəmini sıradan çıxarıb və daha 2 gəmiyə desant endirib", - deyə komandanlığın X sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.
