Londonun mərkəzində dörd nəfər bıçaqlanıb, bir qadın saxlanılıb

Dünya xəbərləri Materials 6 Avqust 2026 00:57 (UTC +04:00)
Londonun mərkəzində dörd nəfər bıçaqlanıb, bir qadın saxlanılıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun mərkəzində dəhşətli hadisə baş verib. London polisi bildirib ki, çərşənbə günü turistik Covent Garden rayonu yaxınlığında dörd kişini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb. Hüquq-mühafizə orqanlarının ilkin versiyasına görə, hadisə qadının psixi sağlamlıq problemləri ilə bağlı ola bilər.

Polis yerli vaxtla saat 12:30 radələrində çoxsaylı müraciətlər daxil olduqdan sonra şəhərin çoxlu teatrların yerləşdiyi bu hissəsinə cəlb olunub. Hadisə yerində yaşı 34, 39, 42 və 52 olan dörd yaralı kişi, eləcə də bir cüt qayçı aşkar edilib.

London Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsinin sözlərinə görə, zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya çatdırılıblar. Polisin məlumatına əsasən, yaralılardan ikisi həyati təhlükə yaratmayan xəsarətlərlə müalicə olunur, digər iki nəfər isə tibbi müayinədən sonra evə buraxılıb.

London polisinin rəhbər heyətinin üzvü Ceyson Stüart bildirib ki, araşdırma hələ başlanğıc mərhələsində olsa da, hazırkı məlumata əsasən, hadisənin psixi sağlamlıq problemləri ilə əlaqəli təcrid olunmuş insident olduğu ehtimal edilir.

47 yaşlı qadın "hücum məqsədilə istifadə oluna biləcək silah saxlamaq" şübhəsi ilə saxlanılıb və nəzarət altına götürülüb.

Hadisənin baş verdiyi Endell Street küçəsində yerləşən "fish and chips" restoranının əməkdaşı Arjan AFP-yə bildirib:

Şahidlərin sözlərinə görə, qadın evsizdir və küçədə yaşayır. Polis qadını silahı yerə qoymağa məcbur etmək üçün elektroşok cihazından istifadə eməli olub.

Sky News da daxil olmaqla bir sıra KİV-lərin yaydığı görüntülərdə Trafalgar Square meydanına enmiş təcili yardım helikopteri, eləcə də polis əməkdaşları tərəfindən zərərsizləşdirilən qadın əks olunub.

Xəbər lenti

Xəbər lenti