Koreyada anomal istilərlə bağlı ölənlərin sayı artır

Dünya xəbərləri Materials 5 Avqust 2026 17:41 (UTC +04:00)
Koreyada anomal istilərlə bağlı ölənlərin sayı artır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Cənubi Koreyada avqustun 4-nə olan məlumata görə, isti hava şəraiti ilə əlaqədar ölənlərin sayı 21 nəfərə çataraq ötən ilin eyni dövrünün göstəricisini ötüb.

Bu barədə Koreya Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi məlumat yayıb.

Bildirilib ki, mayın 15-dən avqustun 4-dək ölkənin xəstəxanalarına isti hava ilə bağlı 2 441 nəfər müraciət edib. Son sutka ərzində xəstələrin sayı 198 nəfər, ölənlərin sayı isə 1 nəfər artıb. Çxunçxon-Pukto əyalətində kənd təsərrüfatı sahəsində çalışan 60 yaşlı kişi həyatını itirib.

Qeyd edək ki, 2025-ci il mayın 15-dən avqustun 4-dək Cənubi Koreyada isti hava ilə əlaqədar səbəblərdən 20 nəfər ölüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti