24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Cəmiyyət Materials 5 Avqust 2026 17:06 (UTC +04:00)
24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Təbriz küçəsində, metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında aparılan təmir işləri ilə əlaqədar 24 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ( AYNA) məlumat yayıb.

Bildirilib ki, təmir işləri yekunlaşanadək 24 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ağa Nemətulla küçəsində təyin edilib.

Marşrut üzrə avtobusların Bakıxanov qəsəbəsi istiqamətində hərəkəti Ağa Nemətulla, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələri ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti