Gürcüstanda enerji sisteminin tamamilə dayandırılmasının səbəbi açıqlanıb

Dünya xəbərləri Materials 5 Avqust 2026 23:31 (UTC +04:00)
Gürcüstanda enerji sisteminin tamamilə dayandırılmasının səbəbi açıqlanıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın enerji sisteminin tamamilə dayandırılması "Enquri" SES-in planlaşdırılan sınaqları ilə əlaqədardır.

Bu barədə Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvü Giorgi Phangani məlumat verib.

Onun sözlərinə görə, qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün hazırda hadisənin ətraflı təhlili aparılır.

“Bu gün Dövlət Elektrik Sistemi "Enguri" SES-in bloklarında planlı sınaqlar keçirib. Məqsəd 24 və 25 iyul tarixlərində baş verən qəzaları nəzərə alaraq sistemdəki zəif nöqtələri müəyyən etmək və qiymətləndirmək idi. Sınaq digər tədbirlərlə yanaşı, Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə işləməsini də əhatə edib. Bu rejim, enerji sisteminin tamamilə bağlanması ehtimalı da daxil olmaqla, əhəmiyyətli texniki risklərlə əlaqələndirilirdi”, - deyə Giorgi Phangani bildirib.

Xəbər lenti

Xəbər lenti