İnfantino FIFA-nın fövqəladə iclasını keçirəcək

Dünya xəbərləri Materials 5 Avqust 2026 14:45 (UTC +04:00)
İnfantino FIFA-nın fövqəladə iclasını keçirəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilatın yüksəkvəzifəli əməkdaşlarının Mərakeşdə fövqəladə iclasını çağırıb.

Bu barədə "Independent" nəşri məlumat yayıb.

Məlumata görə, iclasın çağırılmasına səbəb turnirlərin yayım və kommersiya hüquqlarının satışını həyata keçirəcək yeni kommersiya strukturunun yaradılması təşəbbüsünün uğursuzluğa düçar olmasından sonra FİFA-da yaranmış daxili böhran olub.

Son günlər bir neçə milli futbol assosiasiyası İnfantinonun növbəti müddətə yenidən prezident seçilməsini dəstəklədiyini təsdiqləyən məktubları geri götürüb və ya geri götürməyə hazırlaşır.

İyulun 28-də yayılan məlumata görə, İnfantino turnirin idarə olunması üçün ayrıca şirkətin yaradılması və onun səhmlərinin təxminən 20-30 faizinin investorlara satılması imkanını nəzərdən keçirirdi.

Lakin bu təşəbbüs ciddi etirazla qarşılanıb. UEFA-ya üzv olan bütün ölkələr bu layihənin qəbul ediləcəyi təqdirdə 2030-cu il dünya çempionatını boykot etmək barədə yekdil qərar qəbul ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti