Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına dəyişiklik edilib

Siyasət Materials 5 Avqust 2026 13:14 (UTC +04:00)
Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına dəyişiklik edilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Azərbaycan Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən "Məhkəmələr və hakimlər haqqında" qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alındıqdan sonra Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçiriləcək. Dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti